Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qarabağımıza qayıdıb doğma yurd yerlərimizi dirçəldəcəyik

0

  •          Azərbaycan Respublikasının Silahlı quvvələri ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında, işğalçı Ermənistan ordusunun dövlətimizə qarşı tötətdiyi təxribat və hücumlarının qarşısının alınmasında böyük şücaət göstərmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanan və şəhid ailələrinə dəstək fondu Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən verilmiş Sərəncama əsasən yaradılmışdır. Bu Sərəncam 8 dekabr 2020-ci ildə qüvvəyə minmişdir. Bu Fondun fəaliyyəti nəticəsində yüzlərlə qazilərin müalicəsi və şəhid aailələrinin maddi imkanlarının yaxşılaşdırılması, problemlərinin həlli istiqamətlərində çox işlər görülmüşdür. Dövlətimizin qayğısı və diqqəti sayəsində qazi və şəhid ailələri diqqətdən kənar qalmamış, xüsusilə də belə bir həssas dönəmdə bu ailələrin yanında olmuşlar. Xalqımız həmişə xeyirxah və humanist əməlləri ilə dövlətimizə dəstək nümayiş etdirərək şəhid və qazi ailələrinə həm mənəvi, həm də maddi dəstəyini əsirgəməmişdir.​        Qarabağ Dirçəliş Fondu 4 yanvar 2021​-ci ildə Cənab Prezidentimiz İlham Əliyevin Sərəncamına əsasən yaradılmış, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin maliyyə dəstəyinin formalaşmasına, sərmayələr qoyulmasına, dövlət-özəl tərəfdaşlığının inkişafı, ölkədaxili və ölkəxarici təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.​        Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konsitutiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını, sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.​        Fondun ləğvini və yenidən bərpasını Prezident həyata keçirir. Fondun əsas vəzifələri işğaldan azad olunmuş ərazilərdə yaşayış rifahının yüksəldilməsi, müasir və həyat şəraitinin yaxşılaşdırılması, quruculuq və abadlıq işlərinin aparılması əsas məqsədlərdındir.​         Ermənistanın hərbi təcavüzü nəticəsində xarabalığa çevrilmiş Qarabağ ərazisi dövlət tərəfindən  yenidən bərpa olunaraq, ağıllı şəhər və kəndlərin salınması, digər şəhər, qəsəbə və kəndlərin yenidən qurulub yaradılması nəzərdə tutulmuşdur.​        Qarabağ savaşında dövlətimizə dəyən ziyan külli miqdarda olsa da, ordumuzun qazandığı zəfər xalqımızda böyük ruh yüksəklliyi, əhval-ruhiyyə yaradaraq dövlətimizin ərazi bütövlüyünün təmin olunmasında Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək öz dəstəyini nümayiş etdirdi.​        Bu gün bizim güclü dövlətimiz və sarsılmaz müzəffər ordumuz var.​Qarabağımıza qayıdıb doğma yurd yerlərimizi dirçəldəcəyik.​Samirə Hüseynova,Xocalı rayonunundan məcburi köçkün, şəhid qızı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib56 dəfə
    Qarabağımıza qayıdıb doğma yurd yerlərimizi dirçəldəcəyik

    Maraqlı gələ bilər
    47
    58
    51
    29
    127